Misirin Azərbaycandakı səfiri xarici işlər nazirinin müavini təyin olunub

Misirin Azərbaycandakı səfiri xarici işlər nazirinin müavini təyin olunub
# 19 avqust 2008 15:34 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Yusif Əhməd əl-Şarkavini diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, diplomatik fəaliyyət müddəti ərzində müxtəlif sektorlarda, iqtisadi, təhsil, humanitar və mədəniyyət sahələrində bir sıra birgə layihələrin həyata keçirildiyini xatırlayan tərəflər, ikitərəfli əlaqələrin yüksək səviyyəyə qalxmasını müsbət qiymətləndiriblər.
Səfir Misir xarici işlər nazirinin müavini kimi yeni vəzifəsində ölkəsinin regionla bağlı siyasətində fəal rol oynayacağını bildirib.

Daha sonra, regional vəziyyət, Orta Şərqdə sülh prosesi, İslam Konfransı Təşkilatı daxilində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR