Akademik Cəmil Əliyev Türkiyənin nüfuzlu elm ocağının fəxri adına və medalına layiq görülüb - FOTO

Akademik Cəmil Əliyev Türkiyənin nüfuzlu elm ocağının fəxri adına və medalına layiq görülüb - <span style="color: red;">FOTO
# 10 noyabr 2015 12:24 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü - akademiki adına və “Türk dünyasına xidmət” Beynəlxalq Qızıl Medalına layiq görülüb.

APA-nın məlumatına görə, bu münasibətlə bu gün Milli Onkologiya Mərkəzində təqdimetmə mərasimi keçirilib. Mərkəzin baş həkimi Azad Kərimli bildirib ki, C. Əliyevə yüksək mükafatları təqdim etmək üçün Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının prezidenti Hayrettin İvgin, qurumun Rəyasət Heyətinin üzvləri Nail Tan, Tuncer Gülensoy və Ali Berat Alptekin Bakıya təşrif buyurublar.

H. İvgin çıxışında deyib ki, akademik C. Əliyevin adı Türkiyənin bütün elmi dairələrində yaxşı tanınır və hörmətlə qarşılanır: “Cəmil Əliyevin keçdiyi həyat və fəaliyyət yoluna nəzər saldıqda gözlərimiz önündə öz işinin ustası olan, insanların sağlamlığının keşiyində durmağı özünə həyat amalı seçən, yüzlərlə gənc mütəxəssis yetişdirən nəhəng bir insanı gördük. Cəmil Əliyev Rusiyanın, Gürcüstanın, Azərbaycanın elmlər akademiyalarının, həmçinin Avropa Təbiət Elmləri Akademiyasının akademiki, İngiltərənin Hammersmit Kral Universitetinin və ABŞ-ın MD Anderson Xərçənglə Mübarizə Mərkəzinin fəxri professorudur. Həm də ABŞ-ın bu mərkəzi Cəmil Əliyevin rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzini özünün postsovet məkanında yeganə tərəfdaşı seçib və yaxın günlərdə bu niyyət rəsmiləşdiriləcək. Əslində akademik Cəmil Əliyev bizim yüksək mükafata təqdim etdiyimiz tanınmış şəxsiyyətlər arasında ən aparıcı yeri tutur, indiyədək minlərlə cərrahiyyə əməliyyatı apardığı, yüzlərlə insanın həyatını xilas etdiyini bilirik. Elmi-pedaqoji fəaliyyəti zamanı 8 elmlər doktoru, 38 tibb üzrə fəlsəfə doktoru yetişdirmiş akademik dünyanın ən nüfuzlu, ən qiymətli və ən böyük mükafatlarına layiqdir. Milli Onkologiya Mərkəzi ilə tanışlıq zamanı bir daha əmin oldum ki, türk mütəxəssislərinin burada öyrənəcəkləri çox məqamlar var”.

Sonra Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının mükafatları akademik C. Əliyevə təqdim edilib. C. Əliyev onun əməyinə və elmi fəaliyyətinə verilən bu yüksək mükafatlara görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Rəyasət Heyətinə minnətdarlığını bildirib və bu mükafatları həm də Milli Onkologiya Mərkəzinin kollektivinin mükafatı kimi qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR