Qubada təndirxana yanıb

Qubada təndirxana yanıb
# 01 aprel 2016 19:25 (UTC +04:00)

Bakı-APA. Qubada yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Quba rayonunun Küpçal kəndində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 18 kv.m olan təndirxananın tavanı 6 kv.m sahədə yanıb.

Təndirxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR