Məhkəmə “Azneft”in bələdiyyəyə qarşı şikayətini təmin etməyib

Məhkəmə “Azneft”in bələdiyyəyə qarşı şikayətini təmin etməyib
# 12 mart 2016 07:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin (İB) Maştağa Bələdiyyəsinə qarşı apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, “Azneft” İB bələdiyyə tərəfindən Nəzakət Şəkinskayanın adına verilən qərarın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı mümkün saymayıb.

“Azneft” İB həmin qərardan apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR