“Polkovnik” sənədli filmi Varşavada nümayiş olunacaq

“Polkovnik” sənədli filmi Varşavada nümayiş olunacaq
# 07 mart 2016 08:12 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Salnamə” studiyasında dövlət sifarişi ilə çəkilmiş “Polkovnik” sənədli filmi martın 14-də Varşavada nümayiş olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və Polşa ordularında xidmət edərək bir çox orden və medallarla təltif edilmiş azərbaycanlı polkovnik Vəli bəy Yadigarın həyat və fəaliyyətindən bəhs edən filmin rejissoru Tahir Əliyev, ideya müəllifi Həsən Həsənov, ssenari müəllifi Ramil Ələkbərov, operatoru Faiq Kərimov, bəstəkarı Azər Hacıələsgərli, prodüseri Nazim Hüseynovdur.

Filmin çəkilişləri Azərbaycan, Gürcüstan və Polşada aparılıb.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun köməkliyi ilə çəkilən filmin təqdimatında filmin rejissoru Tahir Əliyev iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR