“Azər Türk Bank müştərilərin gözü ilə” adlı video-layihə həyata keçirilib

“Azər Türk Bank müştərilərin gözü ilə” adlı video-layihə həyata keçirilib
# 07 yanvar 2016 12:43 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Azər Türk Bank müştərilərin gözü ilə” adlı video-layihə həyata keçirilib.

“Azər Türk Bank”dan “APA-Economics”ə verilən məlumata görə, bankla uzun müddət əməkdaşlıq etmiş və yeni əməkdaşlığa başlamış müştərilərin iştirakı ilə reallaşdırılmış layihənin məqsədi müştərilərin “Azər Türk Bank”ın xidmət səviyyəsindən nə dərəcədə razı qaldıqlarını müəyyənləşdirmək, bankla davamlı əməkdaşlığın sirrini müştərilərin dilindən eşitmək olub.

Layihə çərçivəsində bankın ayrı-ayrı müştəriləri ilə video-müsahibələr hazırlanıb.

“Bankın daimi müştəriləri niyə məhz “Azər Türk Bank”ı seçdiklərindən danışıb, yaddaqalan xatirələrini bölüşüb, bankın gələcək fəaliyyəti ilə bağlı arzu və təkliflərini dilə gətiriblər. Peşəkar çəkiliş qrupu tərəfindən hazırlanmış video-müsahibələr tezliklə “Azər Türk Bank”ın sosial şəbəkələrdəki korporativ səhifələri vasitəsilə izləyicilərə təqdim olunacaq. “Azər Türk Bank” bu maraqlı layihəyə qoşulan, onun ərsəyə gəlməsində yardımçı olan hər kəsə təşəkkürünü bildirir və video-müsahibələrin kadrarxası epizodlarını təqdim edir”, deyə məlumatda vurğulanıb.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR