BMT Baş Assambleyasının sabiq sədrinə qarşı korrupsiya ittihamı ilə cinayət işi başlanıb

BMT Baş Assambleyasının sabiq sədrinə qarşı korrupsiya ittihamı ilə cinayət işi başlanıb
# 21 oktyabr 2015 07:32 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. BMT-də baş verən korrupsiya halları ilə bağlı Baş Assambleyanın 68-ci sessiyasının sədri, Antiqua və Barbudanın sabiq nümayəndə heyətinin rəhbəri Con Eş, daşınmaz əmlak bazarının çinli maqnatı Nqlep Sena, eləcə də 3 şəxsə qarşı rəsmi ittihamlar irəli sürülüb.

APA-nın TASS agentliyinə istinaədn verdiyi xəbərə görə, müvafiq qərar Nyu York məhkəməsi tərəfindən qəbul edilib.

Xatırladaq ki, Con Eş 6 oktyabr tarixində Nyu Yorkdakı evində saxlanılıb. Diplomat çinli biznesmen N. Senadan 500 min dollar məbləğ qarşılığında Çinin Makao bölgəsində BMT-nin konfrans zalının tikintisinə dair vəd verib.

Bununla yanaşı, müxtəlif çinli biznesmenlərdən 800 min dollar məbləğ alıb və bu məbləği Antiqua və Barbudadan olan yüksək səviyyəli rəsmilərlə paylaşıb.

ABŞ hüquq-mühafizə orqanlarının məlumatına görə, qeyri-qanuni əməliyyatlar 2011-2014-cü illər ərzində həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR