Musa Pənahov: "Bakı Avtovağzalının qarşısındakı sürüşmənin fəsadları qısa vaxtda aradan qaldırılacaq"

Musa Pənahov: "Bakı Avtovağzalının qarşısındakı sürüşmənin fəsadları qısa vaxtda aradan qaldırılacaq"
# 20 oktyabr 2015 15:21 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakı Avtovağzal kompleksinin qarşısındakı sürüşmə su sızması nəticəsində baş verib.

"APA-Economics" xəbər verir ki, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Nazir müavini bildirib ki, belə bir qənaətə mütəxəssislər gəlib.

M. Pənahovun sözlərinə görə, hazırda sürüşmənin yaratdığı fəsadları aradan qaldırmaq üçün müvafiq işlər görülür: "Qısa zamanda fəsadları aradan qaldırmaq mümkün olacaq".

Bundan başqa, nazir müavini qeyd edib ki, sürüşmənin baş verməsi həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətinə təsir etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR