İndoneziyada 6,0 bal gücündə zəlzələ baş verib

İndoneziyada 6,0 bal gücündə zəlzələ baş verib
# 06 aprel 2016 21:46 (UTC +04:00)

Bakı-APA. İndoneziyanın Yava adası sahilləri yaxınlığında 6,0 bal gücündə zəlzələ baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Bancar şəhərindən 110 km cənubda, ocağı isə 35 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Qeyd edək ki, təqribən eyni vaxtda Çili sahillərində 5,1 gücündə zəlzələ baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR