Rusiya XİN: İŞİD Əfqanıstanın 34 əyalətindən 25-də qərarlaşıb

Rusiya XİN: İŞİD Əfqanıstanın 34 əyalətindən 25-də qərarlaşıb
# 22 oktyabr 2015 15:17 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “”İslam dövləti” terrorçu qruplaşması (İŞİD) Əfqanıstanın artıq əksər əyalətlərində qərarlaşıb”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.


“İŞİD Əfqanıstanda mövcudluğunu möhkəmləndirməyə davam edir. Onlar artıq Əfqanıstanın 34 əyalətindən 25-də qərarlaşıblar. Bu, Rusiyanı çox narahat edir”, - deyə Rusiya XİN sözçüsü bildirib.

M. Zaxarova İŞİD-in Əfqanıstana qonşu Pakistanda da möhkəmlənməyə cəhd göstərdiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR