Türkiyə hərbi təyyarələri Suriya sərhədində pilotsuz uçuş aparatını vuraraq yerə salıb - VİDEO

Türkiyə hərbi təyyarələri Suriya sərhədində pilotsuz uçuş aparatını vuraraq yerə salıb - <span style="color: red;">VİDEO
# 16 oktyabr 2015 13:06 (UTC +04:00)

Bakı - APA. Türkiyə Hərbi Hava Qüvvələri Suirya ilə sərhəddə hansı dövlətə məxsus olduğu bəlli olmayan pilotsuz uçuş aparatını vuraraq yerə salıb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb. Açıqlamada bildirilir ki, Suriya istiqamətində - Türkiyə hava məkanı daxilində pilotsuz uçuş aparatının uçduğu aşkarlanıb. Üç dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, aparat uçuşunu davam etdirib. Türkyə hərbi təyyarələri uçuş aparatına atış açaraq onu yerə salıb.

Hadisə Türkiyənin Suriya ilə həmsərhəd Kilis vilayətinin Dəliosman kəndi yaxınlığında baş verib. Əsgərlər hərbi helikopterlə hadisə yerinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR