Ucarda iki minik avtomobili toqquşub, sürücülər və sərnişinlər xəsarət alıblar - FOTOSESSİYA

Ucarda iki minik avtomobili toqquşub, sürücülər və sərnişinlər xəsarət alıblar - <span style="color: red;">FOTOSESSİYA
# 10 aprel 2016 12:41 (UTC +04:00)

Ucar. Zahid Abışov-APA. Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün gündüz saatlarında Ucar-Zərdab yolunun 11-ci km-də, Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.

Oğuz rayon sakini, 1955-cü il təvəllüdlü İbrahimov Cəbrayıl Mikayıl oğlunun idarə etdiyi “Opel” markalı minik maşını ilə Ağcabədi rayon sakini, 1989-cu il təvəllüdlü Əliyev Taleh Faiq oğlunun idarə etdiyi “Mercedes” markalı maşın toqquşub. Nəticədə hər iki maşın yararsız hala düşüb. Hər iki sürücü, və sərnişinlər - 1961-ci il təvəllüdlü İbrahimova Zərifə Rüstəm qızı ilə 1989-cu il təvəllüdlü Dəmirova Gülara Cəbrayıl qızı xəsarət alıblar. Xəsarət alanlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

İlkin ehtimala görə, hadisəyə səbəb yüksək sürət və “Mercedes” markalı maşının ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR