Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 16 noyabr 2015 09:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, noyabrın 15-i saat 11:30 radələrində, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində Balakən rayon sakini, 1985-ci il təvəllüdlü Vüsal Saramanov «Chevrolet-Caprtiva» markalı avtomobilin idarə etməsini itirərək maneəyə vurub. Nəticədə o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR