Baş nazir SOCAR-da müşavirə keçirib

Baş nazir SOCAR-da müşavirə keçirib
# 06 dekabr 2015 10:06 (UTC +04:00)

Bakı-APA. Bu gün baş naziri Artur Rasizadə SOCAR-da “Günəşli” yatağındakı 10 saylı stasionar dəniz özülündə baş vermiş qəza ilə bağlı müşavirə keçirib.

APA-nın xəbərinə görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri Rauf Vəliyev, Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, SOCAR prezidenti Rövnəq Abdullayev qəzanın aradan qaldırılması və itkin düşənlərin axtarışı ilə əlaqədar hesabatları dinlənilib, baş nazirin sualları cavablandırılıb.

Baş nazir qəzanın aradan qaldırılması, yanğının söndürülməsi və xilasetmə işlərinin sürətləndirilməsi ilə bağlı aidiyyatı dövlət qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR