"Caspian European Club" biznes problemlərinin həllində fəal iştirak edir

"Caspian European Club" biznes problemlərinin həllində fəal iştirak edir
# 18 fevral 2016 12:46 (UTC +04:00)

Bakı - APA-Economics. "Caspian European Club" ("Caspian Business Club") təşkil olunan biznes-forumlar çərçivəsində kiçik və orta biznes nümayəndələrinin problemlərinin fəal şəkildə tədqiqinə və həllinə başlayır.

"Caspian European Club"un ("Caspian Business Club") sədrinin birinci müavini Telman Əliyev bildirib ki, fevral ayından maya ayına kimi olan müddət ərzində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev, təhsil naziri Mikayıl Cabbarov və SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanovun iştirakı ilə biznes-forumlar keçiriləcək.

Biznes-forumlar barədə məlumatla daha ətraflı www.caspianenergy.org saytında tanış olmaq mümkündür.

T. Əliyev həmçinin vurğulayıb ki, Azərbaycan Prezidentinin Administrasiyası, Milli Məclis, Nazirlər Kabineti və dövlət orqanlarını məhz onlar tərəfindən fəaliyyətləri nizamlanan konkret sahələrdəki mövcud vəziyyətlə bağlı məlumatlandırmaq məqsədilə həmin sahələrin problemlərini öyrənmək istiqamətində sahə klublarının fəaliyyətinin aktivləşdirilməsi həyata keçiriləcək.

Onun sözlərinə görə, "Caspian Energy Award - 2016" (www.caspianenergyaward.com) və "Caspian Business Award - 2016" (www.award.ceo) beynəlxalq mükafatları üzrə səsvermə fəal şəkildə davam edir. Mükafatların təqdimetmə mərasimi 2016-cı il aprelin 27-də Bakıda təşkil olunacaq.

O, həmçinin qeyd edib ki, 2016-cı il yanvarın 25-də www.brandaward.org saytında "Caspian Brand Award - 2016" beynəlxalq mükafatı üzrə internet səsverməsi start götürüb. Onun sözlərinə görə, "Caspian Brand Award - 2016" beynəlxalq mükafatında yalnız "Caspian European Club" ("Caspian Business Club") üzv şirkətlərin brendləri iştirak edə bilərlər. Səsvermənin nəticələri 2016-cı il mayın 25-də açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR