SOCAR Ceyhan limanından neft ixracını artırıb

SOCAR Ceyhan limanından neft ixracını artırıb
# 07 aprel 2016 09:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin mart ayı ərzində 2 mln. 604 min 212 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.


"APA-Economics" SOCAR-ın açıqladığı statistik göstəricilərə istinadən xəbər verir ki, bu, ötən ilin mart ayı ilə müqayisədə 27,8% çoxdur.

Bu həcmin 1 mln. 697 min 723 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Bu ilin yanvar-mart aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 7 mln. 838 min 445 ton təşkil edib ki, bu da 2015-ci ilin 3 ayı ilə müqayisədə 14,29% çoxdur.


Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan kəməri istismara verilən gündən 2016-cı il aprel ayının 1-ə qədər Ceyhan limanından 299 mln. 032 min 217 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR