Nigerdə daşqınlar nəticəsində 14 nəfər ölüb

Nigerdə daşqınlar nəticəsində 14 nəfər ölüb
# 12 avqust 2016 20:07 (UTC +04:00)

Bakı-APA. Nigerdə yağan güclü yağış və baş verən daşqınlar nəticəsində 14 nəfər ölüb, 46 min insan öz evini tərk etmək məcburiyyətində qalıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ən çox Tahua və Aqades rayonlarına ziyan dəyib.

Təbii fəlakət nəticəsində 20 min baş mal-qara tələf olub. BMT-nin hesablamalarına görə, ilin sonunadək Nigerdə daşqınlar 100 min insana ziyan vura bilər. 2015-ci ildə baş verən daşqınlarda ölkədə onlarla insan ölmüş, 100 min nəfər ev-eşiksiz qalmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR