ABŞ səfirliyi Ankaradakı terrorla bağlı öz vətəndaşlarına əvvəldən xəbərdarlıq edib

ABŞ səfirliyi Ankaradakı terrorla bağlı öz vətəndaşlarına əvvəldən xəbərdarlıq edib
# 13 mart 2016 21:18 (UTC +04:00)

ABŞ səfirliyi Ankaradakı vətəndaşlarına terrorla bağlı xəbərdarıq edibmiş. APA TV-nin məlumatına görə, bu barədə Türkiyənin "Cumhuriyyət" qəzeti səfirliyin saytına istinadən məlumat yayıb. Səfirliyin saytında sadəcə ingilis dilində olan bölmədə yerləşdirilən xəbərdarlıqda qeyd olunub ki, Ankaranın Anıtkabir və Baxçəlievlər ərazisində terror təhlükəsi gözlənilir. Buna görə də səfirlik vətəndaşlarına bu barədə xəbərdarlıq edərək, həmin ərazidən mümkün qədər uzaq olmalarını tələb edib.

Bu xəbərdarlığın səfirliyin saytında yalnız ingiliscə bölməsində yayımlanması müzakirəyə səbəb olub. Saytda verilən məlumatda terror hadisəsinin baş vermə ehtimalının ola biləcəyi binalar da göstərilib. Onların sırasında Anıtkabir, Milli Kitabxana, Quru Qoşunları Komandanlığı, Xarici İşlər, Sosial Müdafiə və İqtisadiyyat Nazirliyinin binası da var.

Qeyd edək ki, martın 13-də Ankarada Kızılay meydanı yaxınlığında baş verən partlayış nəticəsində 34 nəfər ölüb, 125 nəfər yaralanıb.

Partlayış yerli saatla 18:35 radələrində "Güvənpark"ın yaxınlığındakı avtobus dayanacağında baş verib. Partlayış zamanı ətrafdakı binalara da ziyan dəyib. Bölgədən gələn xəbərlərdə ölü sayının artacağı istisna olunmur. Hazırda hüquq-mühafizə orqanları ərazidədirlər. Hələlik partlayışın səbəbi bilinmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR