“LifeNews”un rəhbərliyində dəyişiklik baş verib

“LifeNews”un rəhbərliyində dəyişiklik baş verib
# 18 yanvar 2016 15:03 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın “LifeNews” kanalının rəhbərliyində dəyişiklik baş verib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, kanalın baş redaktoru Anatoli Süleymanovu bu vəzifədə Andrey Mixeyev əvəz edib. A. Süleymanov isə “LifeNews”un daxil olduğu “News Media Holding”in baş direktoru Aram Qabrileyanın birinci müavini təyin olunub.

A. Süleymanov deyib ki, telekanalı dəyişikliklər gözləyir. O, bu ildən etibarən kanalın efirində hadisə yerindən canlı bağlantılara daha çox yer verəcəklərini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR