ABŞ-da 3 polis öldürülüb, çoxlu sayda polis yaralanıb

ABŞ-da 3 polis öldürülüb, çoxlu sayda polis yaralanıb
# 17 iyul 2016 17:24 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Baton-Ruj şəhərində atışma nəticəsində 3 polis əməkdaşı ölüb, çoxlu sayda polis əməkdaşı yaralanıb.

APA-nın məlumatına görə, bu barədə CNN telekanalı məlumat yayıb.

Atışmada iştirak edən şübhəlilər hələ azadlıqdadır.

Qeyd edək ki, iyulun əvvəlində Baton-Ruj şəhərində polis afroamerikalı şəxsi güllələyib. Bu hadisədən və Minnesotda başqa bir afroamerikalının öldürülməsindən sonra ABŞ-ın bir çox şəhərində etiraz aksiyaları başlayıb. Baton-Ruj şəhərində aksiya zamanı polis 160 aksiya iştirakçısını saxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR