Samuxda yaşayış evinə basqın edən şəxslər tutulub

Samuxda yaşayış evinə basqın edən şəxslər tutulub
# 28 noyabr 2015 16:46 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Samuxda yaşayış evinə basqın olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 22-də Samux rayonunda yaşayan Azadə Məmmədovanın evinə pəncərədən girmiş şəxsiyyəti məlum olmayan 2 nəfər onun anası Bəyazın ağzını yapışqanlı lentlə bağlayaraq oradan 500 manat götürüb hadisə yerini tərk edib.

Baş Cinayət-Axtarış İdarəsi, Samux Rayon Polis Şöbəsi, Xəzər və Səbail Rayon Polis İdarələri əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətmiş Gədəbəy rayon sakini Buta Abdullayev, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Orxan Əlizadə, Anar Rəhimov və Mehman Qarayev tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR