"APA-Economics"in xəbərinə görə, bu barədə "Anadolu" agentliyinə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç deyib.
Vitse-prezident qeyd edib ki, qeyd olunan tarixdə Türkiyənin enerji və təbii sərvətlər naziri Ali Rıza Alaboyun ilə bir sıra məsələləri, o cümlədən neft-qaz kəmərlərinin təhlükəsizliyi məsələlərini müzakirə edəcək.
M. Şefçoviç bildirib ki, Avropa TANAP layihəsinin reallaşdırılmasında "aktiv rol almağa hazırdır".