Heydər Əliyev Sarayında Bəxtiyar Vahabzadənin 90 illik yubileyi keçiriləcək

Heydər Əliyev Sarayında Bəxtiyar Vahabzadənin 90 illik yubileyi keçiriləcək
# 27 oktyabr 2015 08:24 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, yubiley gecəsi oktyabrın 29-da Heydər Əliyev Sarayında təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycan prezident İlham Əliyev “Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında” 14 yanvar 2015-ci il tarixli Sərəncam imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR