Şirvanda narkotik tərkibli bitki becərilməsi faktı aşkarlanıb

Şirvanda narkotik tərkibli bitki becərilməsi faktı aşkarlanıb
# 18 avqust 2016 13:16 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Şirvan sakini həyətində narkotik tərkibli çətənə bitkisi yetişdirdiyinə görə saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri çərçivəsində şəhərin Hacıqəhrəmanlı qəsəbə sakini, Q.Məmmədov küçəsi 10/59 ünvanında yaşayan, 1959-cu il təvəllüdlü Şıxəliyev Eldar Ağakərim oğlu saxlanılıb. Onun yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən yarımtikilidə 20 ədəd narkotik tərkibli çətənə kolları yetişdirdiyi aşkarlanıb. Ekspertizanın ilkin rəyinə görə, narkotik tərkibli çətənə kolları yabanı halda deyil, aqrotexniki qaydada qulluq edilməklə becərilib

.

Faktla bağlı Şirvan Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR