“Prokter & Gembl Azərbaycan Servisləri”nin Dövlət Xidmətinə qarşı şikayəti əsasında məhkəmə başa çatıb

“Prokter & Gembl Azərbaycan Servisləri”nin Dövlət Xidmətinə qarşı şikayəti əsasında məhkəmə başa çatıb
# 26 oktyabr 2015 07:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Prokter & Gembl Azərbaycan Servisləri” MMC-nin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə qarşı şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib. Həmin qərardan isə şirkət kassasiya şikayəti verib. Kasassiya şikayətinə yaxın günlərdə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı “Oral-B Pro-flex” diş fırçasının, “Duracell” batareyasının, “Ariel” yuyucu tozunun və “Blend-a-med Pro-expert” diş məcununun reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan haqsız və qeyri-dəqiq reklam əlamətləri aşkar edilib.

Bununla əlaqədar həmin reklamların sifarişçisi olan “Prokter & Gembl Azərbaycan Servisləri” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə "Prokter & Gembl Azərbaycan Servisləri" şirkəti 2 mln. 163 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Həmin qərarla razılaşmayan şirkət isə qərarın ləğv edilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR