Rusiya İŞİD-in Suriyadakı 30-dək düşərgəsini məhv edib

Rusiya İŞİD-in Suriyadakı 30-dək düşərgəsini məhv edib
# 10 oktyabr 2015 13:18 (UTC +04:00)

Bakı - APA. Rusiyanın Hərbi-kosmik qüvvələri "İslam Dövləti" terror təşkilatının Suriya ərazisindəki 29 düşərgəsini məhv edib. APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.

Qurum rəsmisi bildirib ki, Rusiyaya məxsus "Su-24M" qırıcılarından açılan atış nəticəsində terror təşkilatının silah-sursat və ərzaq anbarı, o cümlədən minaatan artilleriya mövqeləri məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR