Moldovada hökumət istefaya göndərilib

Moldovada hökumət istefaya göndərilib
# 29 oktyabr 2015 14:35 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Moldovada hökumət istefaya göndərilib.

APA-nın “Interfax”a istinadən verdiyi məlumata görə, bu gün parlamentdə keçirilən səsvermənin nəticəsi olaraq baş nazir Valeri Streletsin başçılıq etdiyi hökumətə etimadsızlıq göstərilib.

Nazirlər Kabinetinə etimadsızlıq göstərilməsi haqqında qətnamənin lehinə 101 deputatdan 65-i səs verib. Onlar müxalif Sosialistlər Partiyası, Kommunistlər Partiyası və Demokratik Partiyadan ibarət fraksiya üzvləridir.

Hökumətə etimadsızlıq göstərilməsi barədə qətnamə layihəsi parlamentə oktyabrın 22-də Sosialist və Kommunist partiyaları üzvləri tərəfindən təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR