Lavrov və Kerri Nyu-Yorkda Suriya ilə bağlı müzakirə aparıb

Lavrov və Kerri Nyu-Yorkda Suriya ilə bağlı müzakirə aparıb
# 22 sentyabr 2016 03:56 (UTC +04:00)

Bakı-APA. Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüş keçirilib.

APA-nın xəbərinə görə, bu barədə Rusiya xarici işlər nazirliyinin məlumatında bildirilir.

“Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Sergey Lavrov və Con Kerri arasında görüş keçirilib. Görüşdən əvvəl tərəflər arasında telefon danışığı olub. Danışıq ABŞ tərəfinin təşəbbüsü ilə gerçəkləşib. Tərəflər Suriyada son vəziyyəti müzakirə edib, nizamlanma prosesinə dair fikir mübadiləsi aparıblar”, məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR