Daha bir bankın rəhbərliyində dəyişiklik olub - YENİLƏNİB

Daha bir bankın rəhbərliyində dəyişiklik olub - <span style="color: red;">YENİLƏNİB
# 21 noyabr 2015 11:31 (UTC +04:00)

Bankdan “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, İdarə Heyətinin üzvü, eyni zamanda Risklərin idarə edilməsi üzrə direktor, baş risk inzibatçısı Azad Qasımov bu gündən öz karyerasını iri qeyri-maliyyə holdinqində davam etdirəcək.

Bundan başqa, açıqlamada qeyd edilib ki, Korporativ bank xidmətləri departamentinin rəhbəri İqor Okayev ölkədə fəaliyyət göstərən kommersiya banklarının birinə keçib.

İ. Okayevi Məcid Məmmədov əvəz edib.

“Unibank” rəhbərliyi bankın inkişafına verdiyi töhfələrə görə Azad Qasımova və İqor Okayevə dərin təşəkkür edir və onlara yeni işlərində uğurlar arzu edir”, - deyə bankdan bildirilib.

***

saat 12:53

Bakı - APA-Economics. “Unibank”da kadr dəyişikliyi baş verib.

APA-Economics”in xəbərinə görə, bankın İdarə Heyətinin üzvü, eyni zamanda Risklərin idarə edilməsi üzrə direktor, baş risk inzibatçısı Azad Qasımov vəzifəsindən öz xahişi ilə uzaqlaşıb. Onun yerinə təyinat yoxdur.

Bundan başqa, Məcid Məmmədov Korporativ bank xidmətləri departamentinin rəhbəri vəzifəsində İqor Okayevi əvəz edib.

Bankdan xəbəri təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR