“Daewoo”nun banka qarşı şikayəti təmin edilməyib

 “Daewoo”nun banka qarşı şikayəti təmin edilməyib
# 20 noyabr 2015 09:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Koreya Respublikasının “Daewoo International Corporation” şirkətinin Azərbaycan nümayəndəliyinin “Evrobank” ASC-yə qarşı şikayəti əsasında məhkəmə başa çatıb.

APA-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində şirkətin şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, şirkət borcun və dəymiş zərərin ödənilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianın təmin olunmaması barədə qətnamə çıxarıb. Bundan sonra şirkət məhkəmə qərarından apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR