Azərbaycanın ATƏT-dəki nümayəndəliyi: Bakı Avropa İttifaqı ilə dialoqu davam etdirməyə hazırdır

Azərbaycanın ATƏT-dəki nümayəndəliyi: Bakı Avropa İttifaqı ilə dialoqu davam etdirməyə hazırdır
# 20 noyabr 2015 09:15 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. "Azərbaycan tərəfi Avropa İttifaqı ilə hər iki tərəf üçün faydalı əsaslarla dialoq və əməkdaşlığı dərinləşdirməyə hazırdır".

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin qurumun Daimi Şuranın 1078 saylı iclasında Arif Yunusun işi ilə bağlı bəyanatlara cavabında deyilir.

Bəyanatda qeyd edilir ki, noyabrın 12-də Bakı Apellyasiya Məhkəməsi humanitar əsaslarla Arif Yunusun işinə dəyişiklik edib.

Xatırladaq ki, A. Yunus noyabrın 12-də Bakı Apellyasiya Məhkməsinin qərarı ilə məhkəmə zalından azadlığa buraxılıb. Onun haqqında başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR