ATƏT PA-nın yay sessiyasında Ermənistanın təxribatları ilə bağlı məsələ qaldırılacaq

ATƏT PA-nın yay sessiyasında Ermənistanın təxribatları ilə bağlı məsələ qaldırılacaq
# 14 aprel 2016 09:32 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. ATƏT Parlament Assambleyasının yay sessiyasında Ermənistanın qoşunların təmas xəttində törətdiyi təxribatla bağlı məsələ qaldırılacaq.

Bu barədə APA-ya açıqlama verən Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, PA özünün parlament nəzarət funksiyasından istifadə edərək ATƏT-ə daxil olan institutların bu məsələdə koordinasiya olunmuş fəaliyyətini təşkil etməlidir.

B. Muradova deyib ki, ATƏT PA Minsk Qrupuna konkret tövsiyə təqdim edə bilər: “Biz də bu imkanlardan istifadə edərək ATƏT PA-nın münaqişənin həllində rolunun artırılmasına çalışacağıq. İstənilən halda yay sessiyasında ATƏT PA bu hadisəyə münasibət bildirəcək”.

Qeyd edək ki, ATƏT PA-nın yay sessiyası 1-5 iyulda Tbilisidə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR