İnzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş narkomanlar məcburi tibbi tədbirlərə cəlb ediləcək

İnzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş narkomanlar məcburi tibbi tədbirlərə cəlb ediləcək
# 29 mart 2016 10:42 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihə barədə məlumat verən komitə sədri Əhliman Əmiraslanov bildirib ki, qanunun 28-ci maddəsində dəyişiklik nəzərdə tutulub. Layihəyə əsasən, inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş narkomanlar barəsində də məcburi tibbi tədbirlər tətbiq ediləcək.


Maddənin bu hissəni nəzərdə tutan hazırkı variantı isə belədir: “Cinayət törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məcburi tibbi tədbirlər tətbiq edilə bilər”.


Layihə səsə qoyularaq, Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR