Harri Kasparov 2 il müddətinə FİDE-dən kənarlaşdırılıb

 Harri Kasparov 2 il müddətinə FİDE-dən kənarlaşdırılıb
# 22 oktyabr 2015 10:20 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, qurumun Etika Komissiyası şahmatda ilk addımlarını Azərbaycanda atan qrossmeysteri 2 illik cəzaya məruz qoyub.

Onunla yanaşı, Sinqapur Şahmat Federasiyasının sabiq prezidenti İqnatius Leonq da FİDE və bu təşkilata üzv olan milli assosiasiyalarda çalışmaq hüququndan məhrum edilib. Onlar qurumun Əxlaq Kodeksini pozmaqda ittiham olunur.

Bakıda doğulan H. Kasparov FİDE prezidentliyinə seçkilər zamanı Leonqa 500 min dollar verib ki, Asiya ölkələrinin səslərini toplamaqda ona yardım etsin.

Qeyd edək ki, 2014-cü ildə keçirilən prezident seçkilərində H. Kasparov FİDE-nin hazırkı rəhbəri Kirsan İlyumjinovun rəqibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR