Malidə fövqəladə vəziyyət rejimi tətbiq edilib

Malidə fövqəladə vəziyyət rejimi tətbiq edilib
# 21 noyabr 2015 01:31 (UTC +04:00)

Bakı-APA. Malinin prezidenti İbrahim Bubakar Keyta paytaxt Bamakoda hotelə hücumla əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, fövqəladə vəziyyət yerli vaxtla saat 00:00-dan qüvvəyə minib.

Dövlət başçısı həmçinin terror qurbanlarının xatirəsinə üçgünlük matəm elan edib.

Xatırladaq ki, noyabrın 20-də Malinin paytaxtı Bamakoda “Radisson” hotelində terrorçular tərəfindən ümumilikdə 170 nəfər girov götürülüb. Hücum nəticəsində müxtəlif məlumatlara əsasən 30-a yaxın insan həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR