Dağlıq Qarabağdakı hüquq müdafiəçiləri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər

Dağlıq Qarabağdakı hüquq müdafiəçiləri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər
# 23 dekabr 2015 12:41 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Dağlıq Qarabağdakı “Helsinki Təşəbbüsü-92” adlı qurumun koordinatoru Karen Oqancanyan və icraçı direktoru Svetlana Canqiryan Şuşa şəhərində həbsdə saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər. APA-nın “news.am”a istinadən verdi məlumata görə, baş çəkmədə məqsədin onların saxlanma şəraiti və sağlamlıq vəziyyəti ilə tanış olmaq olduğu bildirilir.

Təşkilatdan məhkumların kamerada saxlanılma vəziyyəti, sanitar-gigenik şərait, gündəlik gəzinti, qidalanma, tibbi xidmət, və informasiya vəsaitləri və ədəbiyyatla təmin olunması barədə məlumatların toplandığı qeyd olunub. Hər iki hüquq müdafiəçisi azərbaycanlı məhkumların saxlama şəraiti və sağlamlıq durumlarından razı olduqlarını açıqlayaraq bunun beynəlxalq normalara uyğun olduğunu əlavə ediblər. Onlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi qarşıdan gələn yeni il münasibəti ilə təbrik ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR