Göyçayda kənd sakinlərindən xırda buynuzlu heyvanlar oğurlanıb

Göyçayda kənd sakinlərindən xırda buynuzlu heyvanlar oğurlanıb
# 12 mart 2016 20:29 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunda xırda buynuzlu heyvanlar oğurlanıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gündüz vaxtı rayonun Hacalıkənd kəndində qeydə alınıb.

Kənd sakinləri Yaşar Xəlilov və qohumu Ziyafəddin Xəlilova məxsus 5 baş qoyun yaxınlıqdakı pay torpağının ərazisindən naməlum şəxs tərəfindən oğurlanıb. Hazırda oğurluq edən şəxsin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR