Vəkil: “Türkiyə hökuməti Fransaya qarşı Avropa Məhkəməsinə “dövlət şikayəti” etməlidir” - MÜSAHİBƏ

Vəkil: “Türkiyə hökuməti Fransaya qarşı Avropa Məhkəməsinə “dövlət şikayəti” etməlidir”  - <span style="color: red;">MÜSAHİBƏ
# 09 iyul 2016 12:04 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Avropa İnsan Haqları Məhkəməsində (AİHM) Perinçək-İsveçrə çəkişməsində Doğu Perinçəkin vəkili olmuş Mehmet Cengizin APA-ya müsahibəsi

- AİHM Böyük Palatasının 28 yanvar 2015-ci ildə qəbul etdiyi qəti və bağlayıcı qərara baxmayaraq, Fransa parlamentinin yenidən “soyqırım olmamışdır” deyənləri cəzalandırmağı nəzərdə tutan qanun qəbul etməsinin səbəbi nədir?

- Sizin də qeyd etdiyiniz kimi, AİHM-in qərarı qəti və bağlayıcıdır, ölkə parlamentlərinin qəbul etdiyi istənilən qanun AİHM-in hökmündən aşağıdadır. Fransanın növbəti addımı - həm öz Konstitusiya Şurasının, həm də AİHM-in qərarlarına qarşı müqavimət göstərməkdən başqa bir şey deyil. Bilirsiniz ki, 2012-ci ilin dekabrında Fransa parlamenti eyni məzmunlu qanun qəbul etsə də, 2013-cü ilin fevralında ölkənin Konstitusiya Şurası o qanunu “insanların fikir və ifadə azadlığına zidd olduğuna görə” ləğv etmişdi. 17 dekabr 2013-cü ildə isə Perinçək-İsveçrə çəkişməsində AİHM Doğu Perinçəkin lehinə hökm verərək “söz və ifadə azadlığını məhdudlaşdıran” İsveçrəni məhkum etmişdi. Son qanunun qəbul edilməsindən sonra Fransanın dövlət naziri dedi ki, bu, prezident Hollandın seçicilərə verdiyi sözün yerinə yetirilməsidir. Yəni, söhbət Fransadakı erməniləri sevməkdən və ya guya 1915-ci ildə haqsızlığa məruz qalmış ermənilərin haqlarını “müdafiə etməkdən” getmir. 2014-cü ilin martında İsveçrənin apellyasiya şikayəti verməsindən sonra Ermənistan kimi, Fransa da Böyük Palatanın baxacağı prosesdə tərəf oldu. Ona görə son qanunu öz məclisindən keçirən Fransa həm də AİHM-də tərəf olduğu və əleyhinə nəticələnmiş bir prosesə müqavimət göstərir. Məsələ bundan ibarətdir. Təəssüf ki, Türkiyə hökuməti Fransaya qarşı lazımi reaksiyanı göstərmir.

Son qanunun qəbul edilməsindən sonra Fransanın dövlət naziri dedi ki, bu, prezident Hollandın seçicilərə verdiyi sözün yerinə yetirilməsidir. Yəni, söhbət Fransadakı erməniləri sevməkdən və ya guya 1915-ci ildə haqsızlığa məruz qalmış ermənilərin haqlarını “müdafiə etməkdən” getmir.

- AİHM-də Perinçək-İsveçrə çəkişməsi davam edərkən - 15 sentyabr 2011-ci ildə xarici işlər naziri Əhməd Davudoğlunun imzasıyla AİHM-ə Doğu Perinçəki dəstəkləyən geniş məktub göndərilmişdi. İndi isə heç bir reaksiya verilmir. Hökumət bu işlərdən soyudumu?

- 2008-ci ildə AİHM-ə İsveçrənin əleyhinə şikayət verməyə hazırlaşarkən Türkiyə XİN-in bəzi işçiləri dəfələrlə mənimlə görüşüb fikrimdən vaz keçirməyə çalışmışdılar. Proseslərin bizim lehimizə dəyişdiyini görəndən sonra isə bizi tam dəstəklədilər. Halbuki AİHM Böyük Palatasının qəti və bağlayıcı qərarından sonra Türkiyə dövlətinin mövqeyi son dərəcə gücləndi. İndi hökumətin görəcəyi yeganə iş AİHM-də Fransaya qarşı “dövlət şikayəti” etməkdir. Əmin olun ki, Türkiyə AİHM-ə dövlət adından şikayət etsə, AİHM Fransa parlamentinin qəbul etdiyi son qanunun qüvvəyə minə bilməyəcəyini elan edəcək. Ancaq hazırda hökumət bu addımı atmır.

- Vətən Partiyası, Doğu Perinçək, siz yaranmış vəziyyətlə bağlı hansı addımları atmağı düşünürsünüz?

- Bizim Paris təşkilatımız artıq Fransada məhkəməyə müraciət etməyə hazırlaşır. Türkiyə hökuməti Fransa barədə AİHM-ə “dövlət şikayəti” versəydi, bizim Fransada məhkəməyə müraciət etməyimizə ehtiyac qalmayacaqdı. Çünki AİHM-ə dövlət adından edilən şikayətlərdə daxili hüquq yollarının tükədilməsi şərtinin yerinə yetirilməsi tələb edilmir, Avropa Şurasına üzv olan AİHM şərtlərini qəbul etmiş istənilən dövlətin oraya müraciəti kifayətdir. Ancaq Türkiyə hökuməti Fransa parlamentinin son qərarı barədə “dövlət şikayəti” etməzsə, biz Fransada hüquqi prosesləri başladaraq əvvəlcə daxili hüquq yollarına baş vuracaq, sonra da AİHM-ə şikayət edəcəyik. AİHM-dən bizim lehimizə qərar çıxacağına əminik. Vətən Partiyasının sədri Doğu Perinçək Almaniyada alman millət vəkillərinə müraciət edərək dedi ki, siz amerikanlar kimi yox, almanlar kimi düşünün. Fransızlar da amerikalılar kimi düşünməkdən vaz keçib fransız kimi düşünməli və doğru qərarlar qəbul etməlidirlər. 1915-il məsələsinin “soyqırım” kimi xarakterizə edilməsi - Orta Şərqdə ABŞ-ın xəritələri dəyişdirmə niyyətinin təzahürüdür. Ermənistanı və dünya ermənilərini bu işə alət ediblər. Mən də Ermənistana müraciət edərək deyirəm ki, ABŞ kimi yox, Ermənistan kimi düşünün. Bu oyunların heç biri ABŞ-ın, Fransanın, Almaniyanın erməniləri sevməsindən irəli gəlmir, onlar öz məqsədləri üçün sizdən alət kimi istifadə edirlər. Ona görə bu işlərdə alət olmaqdan vaz keçin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR