Braziliyada Azərbaycan kino həftəsi keçiriləcək

Braziliyada Azərbaycan kino həftəsi keçiriləcək
# 03 mart 2016 13:36 (UTC +04:00)

Bakı-APA. 9-13 mart tarixlərində Braziliyanın San Paolo şəhərində ölkənin mötəbər mədəniyyət ocaqlarından biri sayılan Braziliya Bankının Mədəniyyət Mərkəzində (CCBB) Azərbaycan kino həftəsi keçiriləcək.

Azərbaycanın Braziliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, həmçinin səfirliyin təşkilatçılığı ilə keçirilən bu tədbirdə portuqal dilinə tərcümə olunmuş sənədli və bədii filmlərin nümayişi gözlənilir.

Braziliya Bankının Mədəniyyət Mərkəzi tərəfindən tədbirin əsas filmi kimi Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi seçilib.

Eyni zamanda, kino həftəsi çərçivəsində “Arşın mal alan”, “Nabat”, “Çölçü”, “Təhminə” və “Axınla aşağı” bədii filmləri nümayiş olunacaq.

Adıçəkilən tədbir bu ilin 6-11 aprel tarixlərində paytaxt Braziliyada yerləşən Braziliya Bankının Mədəniyyət Mərkəzində davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR