Məşhur dramaturq Edvard Olbi vəfat edib

Məşhur dramaturq Edvard Olbi vəfat edib
# 17 sentyabr 2016 03:16 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın dünya şöhrətli dramaturqu, üçqat Pulitser mükafatı laureatı Edvard Olbi 88 yaşında vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə CNN telekanalı xəbər verib.

Edvard Olbi ХХ-ci əsrin ikinci yarısında ən tanınmış ABŞ dramaturqu kimi tanınıb. Onun ən məşhur “Virciniya Vulfdan kim qorxur?" (Who's Afraid of Virginia Woolf?) pyesi 1962-ci ildə Brodveydə tamaşaya qoyulub.

E.Olbi Nyu-York ştatındakı evində vəfat edib. Ölümün səbəbi hələ ki, açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR