Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı 55-ə çatıb

Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı 55-ə çatıb
# 11 fevral 2016 04:29 (UTC +04:00)

Bakı-APA. Tayvanda baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 55-ə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, indiyədək 80 nəfər itkin düşmüş hesab edilir.

Tayvan adasının cənubunda yerləşən Taynan bələdiyyəsində xilasedici işlər davam edir.

Xatırladaq ki, fevralın 6-a keçən gecə Tayvanda 6,4 bal gücündə zəlzələ olub. Taynan şəhərinin müxtəlif bölgələrində 10-dək tikili dağılıb, o cümlədən 17 mərtəbəli “Veyquan” yaşayış kompleksi. Ölənlərin əksəriyyəti məhz bu binanın sakinləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR