Azərbaycan XİN rəhbəri İsveçrə səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan XİN rəhbəri İsveçrə səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
# 18 sentyabr 2015 09:55 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasının səfiri Paskal Abişeri ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla İsveçrə arasında əlaqələrin inkişafı barəsində fikir mübadiləsi aparılıb.

Səfir P. Abişer diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

E. Məmmədyarov səfir P. Abişerə gələcək fəaliyyətində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR