Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada qadınlar üçün ödənişsiz müayinə təşkil edilib - FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada qadınlar üçün ödənişsiz müayinə təşkil edilib - <span style="color: red;">FOTO
# 16 oktyabr 2015 12:56 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbir Ümumdünya Səhiyyə Təşkilatı və Seçenev adına birinci Moskva Dövlət Tibb Universiteti ilə birgə keçirilib.

Proqram çərçivəsində "İntelmed" klinikasında 100 dən çox qadın müayinədən keçib.

AMOR İdarə heyətinin üzvü, tibb elmləri namizədi Samir Əliyev bildirib ki, AMOR rəhbəri L. Əliyevanın təşəbbüsü ilə keçirilən bu aksiyada əsas məqsəd mövcud xəstəliyin simptomları haqda qadınları məlumatlandırmaq və müalicənin yeni metodlarını axtarmaqdır: "Bir il ərzində bu aksiya Rusiyanın bir neçə regionlarında təşkil olunacaq. Moskvadan sonra bu aksiyanı Nijni-Novqorod və Kazan şəhərlərində keçirməyi planlaşdırırıq. Ümumilikdə xeyriyyə aksiyası çərçivəsində 400-dən çox qadının müayinəsi planlaşdırılır".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı 1992-ci ildən etibarən hər il süd vəzi xərçənginə qarşı kampaniya həyata keçirir. AMOR isə artıq dəfələrlə bu nüfuzlu təşkilatla birgə Rusiyada ödənişsiz müayinə və humanitar aksiyalar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR