Gürcüstanın baş naziri gəlirlərindən dörd dəfə artıq məbləğdə kredit ödəyir

Gürcüstanın baş naziri gəlirlərindən dörd dəfə artıq məbləğdə kredit ödəyir
# 28 mart 2016 10:20 (UTC +04:00)

Bakı - APA-Economics. Gürcüstanın baş nazirinin, habelə nazirlərinin və millət vəkillərinin sabiq hökumət rəhbəri, milyarder Bidzina İvanişviliyə məxsus olan "Cartu Bank"a kredit borcu var. "APA-Economics" xəbər verir ki, bu barədə "Mediator" qeyri-hökumət təşkilatı məlumat yayıb.

Bildirilir ki, məmur və millət vəkillərinin ümumi borcu 1,5 mln. dollar təşkil edir.

Ən iri borc hazırkı baş nazir Georgi Kvirikaşvilidədir. Ötən il baş nazirin banka ödədiyi məbləğ onun gəlirlərindən 4 dəfə çoxdur.

İkinci yerdə iqtisadiyyat naziri Dmirti Kumsişvilidir. Onun banka 79 min dollar borcu var. Maraqlıdır ki, nazirin həmin bankda 20 min dollarlıq depoziti var.

Bununla yanaşı, bir neçə deputat bankdan 15 min dollara yaxın kredit götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR