Moskvaya yağan qar kilometrlərlə tıxaca səbəb olub

Moskvaya yağan qar kilometrlərlə tıxaca səbəb olub
# 01 dekabr 2015 10:06 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtına güclü qar yağıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, qar noyabrın 29-da gecə saatlarından yağmağa başlayıb.

Dekabrın 1-də səhər saatlarında yollarda nəqliyyatın hərəkəti çətinləşib, uzunluğu on kilometrlərlə olan tıxaclar yaranıb.


Çoxkilometrli tıxaclar demək olar ki, paytaxtın bütün magistral yollarında qeydə alınıb. Moskvanın Sülh prospekti, Volokolam və Şolkovski şosselərində sürücülər 2-3 saat tıxacda qalıblar.

Moskva Nəqliyyat Departamentinin informasiya mərkəzinin məlumatına görə, hazırda paytaxtda havanın temperaturu -1 dərəcə təşkil edir, qar yağır. Yağıntının gün ərzində davam edəcəyi bildirilir. Hazırda paytaxt yollarında 7500-dək texnika çalışır, yollar qardan təmizlənir.

Meteoroloji Bürodan isə bildiriblər ki, paytaxta 7-9 santimetr hündürlüyündə qar yağıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR