İsraildə terrorda ölənlərdən biri Azərbaycandan köçmüş yəhudidir

İsraildə terrorda ölənlərdən biri Azərbaycandan köçmüş yəhudidir
# 09 iyun 2016 12:54 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İyunun 8-də İsrailin Tel-Əviv şəhərində baş vermiş terror aktı zamanı həlak olanlardan biri Azərbaycan yəhudisidir.

APA-nın məlumatına görə, bu barədə “İzrus” saytı xəbər yayıb. Bildirilir ki, 32 yaşlı Mila Mişiyeva 25 il əvvəl ailəsi ilə birlikdə Bakıdan İsrailə köçüb. Onun anası Rita, atası Vyaçeslav, bacısı və qardaşı hazırda Aşkelonda yaşayırlar. Mila Mişiyeva isə son vaxtlar Rişon le-Sionda yaşayıb.

Keçmiş Azərbaycan vətəndaşı sabah Aşkelonda dəfn olunacaq.

Xatırladaq ki, Tel-Əvivdə iki nəfər “Sorona” ticarət mərkəzində yerləşən kafedə insanlara atəş açıb. Onların polis tərəfindən saxlanıldığı bildirilir. Baş verən terror aktı zamanı 4 nəfər ölüb, 6 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR