Obama Səudiyyə Ərəbistanına İranla “soyuq sülh”ə razılaşmağı təklif edib

Obama Səudiyyə Ərəbistanına İranla “soyuq sülh”ə razılaşmağı təklif edib
# 11 mart 2016 05:08 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanına İranla münasibətdə “soyuq sülh” bağlamağı təklif edərək, Tehranla qarşıdurmada ABŞ-ın Ər-Riyada dəstək verməyəcəyini qeyd edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Barak Obama “The Atlantic” nəşrinə müsahibəsində bildirib.

“İran 1979-cu ildən ABŞ-ın düşməni olub və dövlət səviyyəsində terrorçuluğu dəstəkləyib, həmçinin, hər cür destruktiv davranışdan istifadə edərək İsrail və bir çox müttəfiqimizə təhlükə yaradır”, - deyə Obama qeyd edib. Onun sözlərinə görə, ABŞ-ın Səudiyyə Ərəbistanı kimi “ənənəvi müttəfiqlərini” heç də tək, başlı-başına buraxmaq niyyəti yoxdur.

Bununla belə, Obama qeyd edib ki, Səudiyyə Ərəbistanı regionu İranla “bölməyə” razılaşmalıdır: “Suriya, İraq və Yəməndə "özgə əllərlə müharibə"ni qidalandıran bu rəqabət bizdən dostlarımıza və iranlılara onu deməyi tələb edir ki, onlar nəhayət regionu bölmək üçün effektiv bir üsul tapsınlar və “soyuq sülh” kimi bir razılaşmaya nail olsunlar”, - deyə Obama qeyd edib.

“Əgər dostlarımıza desək ki, “Siz haqlısınız, İran bütün problemlərin mənbəyidir və biz sizi İranla bağlı məsələlərdə dəstəkləyirik”, - bu de-fakto o deməkdir ki, dini zəmində bütün münaqişələr davam edəcək”, - deyə Obama əlavə edib.

“Fars körfəzindəki tərəfdaşlarımız, bizim ənənəvi dostlarımız müstəqil şəkildə alovu söndürmək və ya özləri qətiyyətli qələbə çalmaq iqtidarında deyillər, bu isə o deməkdir ki, işləri qaydaya salmaq üçün biz oraya getməli və hərbi qüvvəmizdən istifadə etməli olacağıq. Bu isə nə ABŞ-ın, nə də ki Yaxın Şərqin marağındadır”, - deyə Obama qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR