İran XİN: Prezident İlham Əliyevin səfəri zamanı siyasi, iqtisadi və enerji məsələləri müzakirə olunacaq

İran XİN: Prezident İlham Əliyevin səfəri zamanı siyasi, iqtisadi və enerji məsələləri müzakirə olunacaq
# 22 fevral 2016 10:18 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. “Prezident İlham Əliyevin başçılığı ilə sabah İrana gələcək nümayəndə heyətinin tərkibində müxtəlif nazirlər var. Bu səfərdə iqtisadi, siyasi və enerji məsələləri müzakirə olunacaq”.

Bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari keçirdiyi həftəlik mətbuat konfransında APA-nın sualına cavab olaraq deyib. O bildirib ki, səfərdə rəsmi sənədlər imzalanacaq: “Ümid edirəm, imzalanacaq sənədlərin sayı çox olacaq. Qarşıdakı günlərdə dünyanın üç qitəsindən üç prezident - Azərbaycan Respublikasının prezidenti, Cənubi Afrika Respublikasının prezidenti və İsveçrə prezidenti İrana səfər edəcək“.

H. C. Ənsarinin fikrincə, bu səfərlər onu göstərir ki, İran dünya ilə münasibətlərində yeni mərhələyə qədəm qoyub.

Sözçü İran müdafiə nazirinin Rusiyaya səfəri ilə bağlı suala cavabında qeyd edib ki, bu səfər İran və Rusiya arasında davamlı fikir mübadiləsi və yaxın münasibətlərin olmasının göstəricisidir. Səfər zamanı prezident Vladimir Putinin Həsən Ruhaniyə ünvanlanmış xüsusi mesajı artıq İran prezidentinə çatdırılıb. H. C. Ənsari deyib ki, Putinin mesajında ikitərəfli əlaqələr və regiondakı dəyişikliklər haqqında danışılır: “İran və Rusiya arasında əlaqələr ən yüksək səviyyədədir və iki ölkə rəsmiləri danışıqlarda iqtisadi əlaqələrin gücləndirilməsi və İranın müasir silahlara olan ehtiyacının təmin olunması məsələlərini müzakirə edir. İranın ehtiyaclarından biri yeni nəsil “S-300” zenit-raket qurğusu idi ki, hazırda bu işlər davam etdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR