Misirin Azərbaycandakı səfiri ADA-da olub

Misirin Azərbaycandakı səfiri ADA-da olub
# 02 mart 2016 13:02 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Suzan Cəmil Azərbaycan Diplomatiya Akademiyasının rektoru, professor Hafiz Paşayev ilə görüşüb. Misir Mədəniyyət Mərkəzindən APA-ya verilən xəbərə görə, səfir ADA universitetinin Azərbaycan təhsilindəki rolunu yüksək qiymətləndirib. ADA Universitetinin rektoru, professor H. Paşayev də öz növbəsində universitetin yaranma tarixi, uğurları, müxtəlif universitetlərlə əlaqələri barədə məlumat verib.

Görüş zamanı tərəflər arasında Misir universitetləri və ADA Universiteti arasında təhsil əlaqələrinin və tələbə mübadiləsinin genişlənməsindən, yaxın vaxtlarda Misir Elm və Texnologiya Universiteti ilə ADA Universiteti arasında bağlanılması gözlənilən müqavilə haqqında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR