Əlcəzairdə neft emalı zavodunda partlayış baş verib, 10 nəfər ölüb

Əlcəzairdə neft emalı zavodunda partlayış baş verib, 10 nəfər ölüb
# 05 yanvar 2016 13:11 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Əlcəzairdə neft emalı zavodunda partlayış baş verib, nəticədə azı 10 nəfər ölüb.

APA-nın məlumatına görə, bu barədə yerli “Ennahar“ telekanalı xəbər yayıb.

Hadisə ölkənin şimal-şərqində yerləşən Skikda şəhərində “Sonatrach” şirkətinə məxsus zavodda baş verib.

İnsidentin texniki problem və ya terror aktı nəticəsində baş verməsi ehtimalı dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR